• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə Qubad İbadoğlunun vəsatətini təmin etməyib- VƏKİL

Məhkəmə Qubad İbadoğlunun vəsatətini təmin etməyib- VƏKİL
26.10.2023 15:08
Nərimanov Rayon Məhkəməsində Qubad İbadoğlunun girov müqabilində azadlığa buraxılması üçün qaldırılan vəsatət təmin edilməyib. Bu barədə onun vəkili Zibeydə Sadıqova anews.az-a bildirib.
 
"Bu gün Qubad İbadoğlunun girov müqabilində azadlığa buraxılması üçün Nərimanov rayon məhkəməsinə vəsatət vermişdim. Məhkəməyə hakim Hafiz Kamranov baxırdı. Orda bildirdim ki, Qubad İbadoğlunun səhhətində geri dönüş olmayan problemlər yaranır. Bunların təcili qarşısı alınmalıdır. Bunun da yeganə yolu isə ev şəraitində müalicə olmasıdır. Çünki həbsxanada gəzinti ona təmin edilmir. Hərəkət, idman yoxdursa normal qidalanmırsa, qanda şəkər düşmür. Qanda şəkər düşmədiyinə görə, artıq insulin iynəsi ordakı həkimlərin göstərişi əsasında vurulur və birinci gün onun dozası 12 idisə, növbəti gündən  sonra 18-ə qaldırılıb. Bu da onu göstərir ki, artıq şəkər düşmür, məcbur 18-ə qaldırılır. Məhkəmə də təssüf ki, bizim vəsatəti təmin etmədi, bizdə apellyasiya məhkəməsinə verəcəyik",- vəkil əlavə edib.
 
Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. 
 
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 

Aytac Zeynalova



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol