• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib
28.10.2023 14:01
Mövsümlə əlaqədar paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat verilib.
 
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

Mövsümlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə keçirilən kütləvi ağacəkmə aksiyaları çərçivəsində oktyabrın 28-də Bakı Şəhər İcra Hakimiyyəti strukturlarının əməkdaşları və RİİB könüllülərinin iştirakı ilə Qaradağ rayonu ərazisində 400 ədəd şam ağacı əkilib. Ağaclara daimi qulluq və suvarılma məsələləri həll edilib.

Həmçinin paytaxtın "Nizami Gəncəvi” parkında Abşeron iqlimi üçün yeni olan 50 ədəd tez boy atan və gözəl çiçəkli pavlovniya bitkisi əkilib.

Pavlovniya bitkisi və müxtəlif rəngdə çiçək açan digər kol və ağacların kütləvi əkilməsi qlobal iqlim dəyişiklikləri, su qıtlığı təhlükəsi ilə əlaqədar Bakı şəhərində quraqlığa davamlı və yerli iqlimə uyğun bitkilərin əkilməsi işləri çərçivəsində həyata keçirilir.

Mövsüm ərzində paytaxt ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol