• $
  • €
  • ₽
  • ₺
  • £

Düzgün karyera idarəçiliyi necə aparılmalıdır?

Düzgün karyera idarəçiliyi necə aparılmalıdır?
27.10.2023 23:31

Bildiyiniz kimi, karyera inkişafınızı düzgün idarə etmək bir çox amillərdən asılıdır. İş həyatında hər kəsdə yaxşı və pis vaxtlar olur. Düzgün yerdə düzgün qərarı vermək sizə uğur qazanmağınızda köməkçi olacaq. İş həyatınızda sizə faydalı ola biləcək bəzi məsləhətləri təqdim edirik.

Seçimlərinizi araşdırın

Karyeranızda yüzlərlə seçimlərlə qarşılaşıb çaş-baş qala bilərsiniz. Buraya hansı sahələrin sizin üçün uyğun ola biləcəyi və bu sahələrdə mövcud olan vakansiyalar və şirkətlər daxildir. İş həyatında gələcəyinizi planlayarkən güclü və zəif tərəflərinizi bilmək lazımdır ki, hansı sahədə işləyəcəyinizi müəyyənləşdirə biləsiniz. Fərqli işlər haqqında öyrənmək üçün ilk öncə ətrafınızdan başlamalısınız. Bu, həmçinin indiki işinizdə bacarıqlarınızı təkmilləşdirməyə və daha bacarıqlı olmağınıza kömək edə bilər. Siz həmçinin öz sahənizdə uğurlu insanlardan daha çox öyrənmək üçün söhbət də edə bilərsiniz.

Mentordan dəstək alın

Mentordan köməklik almaqla onun təcrübəsindən yararlana bilərsiniz. Siz iş yerində, bəlkə də araşdırmaq istədiyiniz başqa bir sahədən bir mentor tapa bilərsiniz.

Bu insanlar indiki işinizdəki problemlərinizə həll yolu tapmağa və özünüzü doğru sahədə inkişaf etdirməyə kömək ola bilər. Menecerinizlə vaxtaşırı görüşlərdə karyera yolunuz haqqında danışa bilərsiniz. Bəzi şirkətlər pulla və digər imkanlarına işçilərinə motivasiya olurlar. Əgər bu sizin üçün belə deyilsə, öyrəndiyiniz və böyüdükcə məsləhət verə biləcək bir mentordan, sahənizdən başqa birindən dəstək ala bilərsiniz.

Məqsədlər təyin edin

Seçimlərinizi araşdırdıqdan sonra karyeranızı inkişaf etdirməyə kömək edəcək aydın, ölçülə bilən məqsədlər qoymaq üçün kifayət qədər məlumatınız olmalıdır.

Misal üçün siz üzərində işləmək istədiyiniz layihələr üzrə məqsədlər qoya bilərsiniz. Məqsədlərinizin real olduğuna əmin olmalı və onlara nail olmaq üçün diqqətli olmalısınız. Məqsədlərinizə çatmaq üçün özünüz üçün bir zaman müddəti təyin edə bilərsiniz. Bu, hədəflərinizə vaxtında çatmağınıza kömək edəcək.

Plan qurun

Karyera inkişafı üçün plan olmadan özünüzü boşluqda hiss edə bilərsiniz və məqsədinizə nə dərəcədə çatdığınızı ölçmək üçün heç bir meyarınız olmaya bilər.

Bəzi şirkətlər işçilərinə karyeralarını inkişaf etdirməyə kömək etmək üçün rəsmi inkişaf proqramlarına malikdirlər. Proqramları olan şirkətlər tez-tez işçilərinə karyera yolunu inkişaf etdirməyə və izləməyə kömək etməyə çalışırlar. Bu cür proqramlar işçinin karyera yolunda irəliləməsi üçün çatmalı olduğu mərhələləri aydın şəkildə qeyd edir.

Əgər şirkətinizdə belə bir proqram yoxdursa, daha çox qeyri-rəsmi olaraq karyera inkişafı ilə məşğul olmalısınız. Öz karyera idarəetmə planınızı yaratmaq üçün bu suallara cavab verə bilərsiniz:

  • Uğur sizin üçün nə kimi görünür?
  • Məqsədlərinizə çatdığınızı necə bilə bilərsiniz?
  • Sizi bu gün olduğunuz yerdən olmaq istədiyiniz yerə aparacaq "addımlar" hansılardır?

Biznes bacarıqlarınızı genişləndirin

Karyera inkişafının vacib hissəsi biznes bacarıqlarının təkmilləşdirilməsidir. Bacarıqlarınızı təkmilləşdirməyin bir çox yolu var. Biliklərinizi artırmaq üçün müxtəlif təlimlərdə iştirak edə bilərsiniz. Demək olar ki, hər bir sahə üçün uyğun olan yeni strategiyalar və texnologiyalar daim təqdim olunur.

Növbəti addım sizin sahənizə xas bacarıqları öyrədə bilən onlayn kursları araşdırmaq ola bilər. Beləliklə, siz həm də sonda yeni bacarıqlarınızı təsdiq edən sertifikat ala bilərsiniz.

İş yerində bacarıqlarınızı təkmilləşdirən və sizə yeni bacarıqlar verən maraqlı layihələr həyata keçirə bilərsiniz.Dəyişməyə çevik olduğunuz və yeni ideyalara açıq olduğunuz müddətcə, hər zaman seçdiyiniz karyera yolunda öyrənmək, böyümək və inkişaf etmək gücünə sahib olacaqsınız.




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol