Səfərbərlik Xidmətinin hərbi qulluqçularının maaşları artırılıb- FƏRMAN

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.
Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























