Yol polisi sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Yasamal rayonunun ərazisində yoldakı təmirlə əlaqədar hərəkətin istiqaməti ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə idarənin əməkdaşı Araz Əsgərli məlumat verib.
"Qurd qapısı”ndan Badamdara gedən istiqamətdə yolun 50 metrlik hissəsində təmir işləri ilə əlaqədar olaraq hərəkətin istiqaməti dəyişdirilir. Bu, əsasən həmin yoldan istifadə edən və Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yanındakı dairədən geriyə hərəkət edib sağa Badamdara daxil ola biləcəklər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Son xəbərlər 
Daha çox 






















