• $
  • €
  • ₽
  • ₺
  • £

Qanunsuz saxlanan odlu silahların müsadirəsi davam edir

Qanunsuz saxlanan odlu silahların müsadirəsi davam edir
24.11.2023 13:23
Yardımlı rayonunun polis əməkdaşlrı tərəfindən torbanın içərisindən 1 ədəd "AKS-74U" markalı avtomat, həmin silaha aid 5 ədəd daraq, 2 ədəd əl qumbarası, 504 ədəd müxtəlif çaplı patronlar aşkarlanaraq müsadirə edilib. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuatxidməti məlumat verib. 

"Bundan əlavə, Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində aparılan əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb",  -  məlumatda bildirilir.

Təhlükəsizlik və kriminalistika məsələlərini işıqlandıran müstəqil jurnalist Səxavət Məmməd hesab edir ki, əhalidən aşkarlanan çoxsaylı qanunsuz silahların əsas səbəbi müharibədir.
 
"Azərbaycan iki ağır müharibə keçib. Birinci Qarabağ savaşı zamanı mülki əhaliyə silahlar paylanmışdı və o silahların geri alınması məsələsinə indiki kimi ciddi nəzarət etmək mümkün deyildi. Düzdür qaytaranlar da var idi. Amma qaytarmayanların sayı çoxluq təşkil edir. Təbii ki 44 günlük müharibədə də, müharibədən  sonra da insanların əlinə silahlar keçib. Biz bunu Aərbaycan ordusunun ermənilərdən qənimət olaraq əldə etdiyi silahların siyahısına baxanda anladıq. Burda çox sadə bir şey var. Ölən erməni əsgərlərin və əldə edilən silahların sayı  arasında ciddi fərq var. Və əsas məsələlərdən biri də, biz , ümumiyyətlə, erməni əsgərlərin üzərlərində olan silahların götürülməsi, o silahların sayı ilə  bağlı heç bir yerdə informasiya görmədik. Əslində birinci problem elə bu idi. Minalarla yanaşı silahlar da axtarılmalıdır. Çünki silah elə bir şeydir ki, onu gizlətmək çox  asandır. Müharibə zamanı nə vaxtsa geri qayıdanda qazıb çıxarsınlar deyə silahları klonkaya büküb torpaqda gizlədənlər də az deyildi", - Məmməd bildirib. 

Onun sözlərinə görə, Azərbaycana qanunsuz silahların əsasən İrandan gətirilir. 
 
"Azərbaycan nə İrandır, nə də Əfqanıstan. Azərbaycanda dövlət qurumları bu tip məsələlərə çox ciddi nəzarət edir.  Ölkəmizdə silah istehsal olunan zavodlar var və onların istehsal etdiyi silahlar konkret sayladır. O saylar konkret olaraq müvafiq dövlət qurumları və ya xarici ölkələrə satılmaq üçün nəzərdə tutulub. Ölkəmizə silah yalnız qaçaq yolu ilə gətirilə bilər. Fikrimcə, bu da yalnız İran üzərindən mümkündür’, - ekspert deyib. 
 
Otən həftə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev  qanunsuz odlu silahların təhvil verilməsi ilə bağlı xalqa çağırış edib. 
 
Çiçək Sadatova
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol