Dəmir konteynerlərin alınmasına icra hakimiyyəti 27 minə yaxın pul xərcləyəcək

Sumqayıt icra hakimiyəti bərk məişət tullantılarının yığılması üçün dəmir konteynerlərin satın alınması ilə bağlı keçirdiyi tendərə yekun vurub. Bu barədə tenderlərlə bağlı rəsmi saytda məlumat yerləşdirilib.
Tenderin qalibi "XƏZƏR İNŞAAT KO " MMC-dir.
Qalib şirkətə konteynerlərin alınması üçün 26.560 AZN məbləğində pul ödəniləcək.
Tenderin qalibi olan şirkət 2007-ci il təsis olunub. Qanunu təmsilçisi Amil Şirinovdur.
Şirkətin nizamnamə kapitalı 10 manatdır.
Gülnar
www.anews.az
Son xəbərlər 
Daha çox 























