• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb

AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb
25.11.2023 17:43
Noyabrın 24-də Azərbaycanın milli aviadaşıyıcısı AZAL unikal aksiya həyata keçirib.

"Qafqazinfo” xəbər verir ki, aviaşirkət tərəfindən sərnişinlərə 35-dən çox istiqamət üzrə endirimli biletlər təklif olunub.

Biletlərin qiyməti 39 avrodan başlayırdı. Beləliklə, kampaniya geniş ictimaiyyətə Avropa, Asiya və Yaxın Şərq ölkələrinin müxtəlif şəhərlərinə daha münasib qiymətə səyahət etmək imkanı yaratdı.

Kampaniyanın əsas amili AZAL-ın yenilənmiş mobil tətbiqi idi. Tətbiq biletlərin əldə edilməsi prosesini asanlaşdıran rahat və funksional interfeys ilə təchiz edilib. Kampaniya ərzində mobil tətbiq istifadəçilər arasında böyük marağa səbəb oldu və öz kateqoriyası üzrə proqramlar mağazalarında yükləmə sayına görə ilk sıralarda qərarlaşdı. Tətbiqi https://bit.ly/azal-app linki vasitəsilə yükləmək mümkündür.

Təklif 2024-cü il yanvarın 15-dən martın 6-dək həyata keçirilən uçuşlara şamil edilirdi. Kampaniya zamanı təxminən 28 000 endirimli aviabilet satışa çıxarıldı. Sərnişinlər müxtəlif istiqamətlər, o cümlədən İstanbul, Moskva, Tbilisi, London, Vyana, Barselona, Milan, Praqa və s. kimi istiqamətlər üzrə güzəştli tariflərdən yararlana bildilər.

Gələcəkdə bu kimi aksiyaların mütəmadi olaraq keçirilməsi və istiqamətlərin sayının artırılması nəzərdə tutulur. AZAL təhlükəsiz, rahat və yüksək səviyyəli xidmətlər təklif edərək, sərnişinlər üçün yeni imkanlar yaratmağa hədəflənib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol