• $
  • €
  • ₽
  • ₺
  • £

Minaların təmizlənməsində Azərbaycana dəstək azdır - Dennis Sammut

Minaların təmizlənməsində Azərbaycana dəstək azdır - Dennis Sammut
04.12.2023 11:44
Minaların təmizlənməsi istiqamətində Azərbaycana göstərilən dəstək yetərli deyil. Bunu Report  "LİNKS Europe" təşkilatının direktoru Dennis Sammuta istinadan yazıb. 
 
"Hər kəs sözügedən məsələ ilə bağlı beynəlxalq ictimaiyyəti daim məlumatlandırmalıdır. Biz çalışmalıyıq ki, hər bir ölkə məsələyə regional yanaşsın və birgə işləsinlər. İstərdik ki, Cənubi Qafqaz ölkələri Ottava Konvensiyasına qoşulmaq barədə düşünsünlər. Çünki bu sənəd minalardan istifadəni və istehsalı qadağan edir. Biz minasız Cənubi Qafqaz üçün addımlar atmalıyıq. Çünki Azərbaycana minatəmizləmə sahəsində göstərilən yardım, görülən işlər problemin çərçivəsinə adekvat deyil. Gələn il donor təşkilatları Azərbaycana dəvət edəcək və problemlə əlaqədar mümkün qədər daha böyük işlərin görülməsinə çağırışlar edəcəyik", - Dennis Sammut "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi "Minalardan Azad Cənubi Qafqaz” regional kampaniyası çərçivəsində dekabrın 4-də Bakıda keçirilən "Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
 
Bundan əvvəl Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə deputat Vüqar Bayramov bildirib ki, Qarabağda minaların təmizlənməməsi Azərbaycan iqtisadiyyatı üçün 10 milyard itki deməkdir. 
 
Həmçinin millət vəkili Tahir Mirkişili vurğulayıb ki, beynəxalq təşkilatlar minaların təmizlənməsində yardım etməsə, Azərbaycan bu prosesə 1,5 milyard pul xərcləməli olacaq. 
 
Deputat Hicran Hüseynova mina düşən şəxslərlə bağlı beynəxalq məhkəmələrə müraciət etməyi təklif edib. 
 
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib ki, Azərbaycan minaların təmizlənməsini 90% öz hesabına icra edir.
 
Noyabrın 4-də  BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreva söyləyib ki, Azərbaycan minadan əziyyət çəkən ölkələr siyahısına daxildir. 
 
Hazırda Azərbaycan minalardan əziyyət çəkən ilk 10 ölkə siyahısında yer alır. 
 
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol