• $
  • €
  • ₽
  • ₺
  • £

Bu günədək işlə təmin edilən əlilliyi olan şəxslərin sayı açıqlanıb

Bu günədək işlə təmin edilən əlilliyi olan şəxslərin sayı açıqlanıb
05.12.2023 10:55
Dövlət Məşğulluq Agentliyi vasitəsilə bu günədək 6 763-dən çox əlilliyi olan şəxs işlə təmin edilib. Bu barədə Dövlət Məşğulluq Agentliyinin Məşğulluq tədbirləri departamentinin müdiri Pərviz Bənnalı bildirib.
 
""İşsizin DOSTu" proqramı çərçivəsində bu il 5 157 şəxs işlə təmin edilib və proqrama cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən həssas qruplardan biri də əliliyi olan şəxslərdir. Belə ki, proqrama cəlb olunan əlilliyi olan şəxslərin sayı 625 nəfər təşkil edib. Eyni zamanda bu il ərzində ümumilikdə 346 nəfər əlilliyi olan şəxs peşə hazırlığına cəlb edilib",- dekabrın 5-də Bakıda keçirilən "Əlilliyi olan sahibkarların idarəetmə bacarıqlarının artırılması" mövzusunda tədbirdə məlumat verib.

Bu il müraciət edən əlilliyi olan şəxslərdən özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olan 1 115 nəfərdən çox əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub.
 
2023-cü ilin 10 ayında 41 min şəxsə əlillik təyinatı aparılıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə gələn ilin dövlət büdcəsinin III oxunuşda müzakirəsi zamanı deyib. 
 
O  bildirib ki, bunların yarısı yeni, digərləri isə təkrar olub.


"Komissiyanın tərkibində aidiyyəti dövlət qurumlarının ekspertləri dəvət olunur. Narazılıq edən kiçik qrup qalıb və 4-5 dəfə komissiyada olub. Onlara da dəfələrlə əlillik təyinatı düşmədiyi deyilib",- Nazir əlavə edib.
 
2023-cü ilin on bir ayında dörd min müharibə iştiraksınına əlilik təyinatı verilib.

 Cari ildə 40 mindən artıq əlilik təyin olunub.
 
2023-cü ildə pensiya alan şəxslərin sayı 25 minə çatır. 

Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol