• $
  • €
  • ₽
  • ₺
  • £

Tahir Budaqov - Seçkilərdə İlham Əliyevin namizədliyini irəli sürəcəyik

Tahir Budaqov - Seçkilərdə İlham Əliyevin namizədliyini irəli sürəcəyik
12.12.2023 11:05
Yaxın günlərdə Yeni Azərbaycan Partiyasının iclası olacaq. Bu barədə Report YAP-ın Mərkəzi Aparat rəhbəri Tahir Budaqova istinadan yazıb. 
 
Budaqov bildirib ki, partiya olaraq Prezident İlham Əliyevin namizədliyi irəli sürüləcək. 
 
"Uzun illərdir hər kəs deyirdi ki, Qarabağı kim azad etsə o, bizim əbədi prezidentimiz olacaq. İlham Əliyev 20 ildə həyata keçirdiyi siyasətlə, Azərbaycan xalqına xidmətlə və işğal olunmuş əraziləri azad etməklə bu vəzifəni, titulu daşımağı qazanıb. Düşünürəm ki, hər bir vətənpərvər azərbaycanlı bu fikirdədir. İdarə Heyətinin iclasında da hər kəs öz fikrini bildirəcək. YAP-ın bu barədə fikri qətidir", - Budaqov qeyd edib.
 
Prezident İLham Əliyevin sərəncamı ilə 2024-cü il fevralın 7-si Azərbaycanda növbədənkənar preizdent seçkiləri olacaq. 
 
 
Yanvarın 15-dən başlayaraq seçki ilə əlaqədar seçkiqabağı təşviqatın başlamasına start veriləcək. 
 
Bundan əvvəl deputat Fəzail Ağamalı açıqlama verərək bildirib ki, onların partiyası(Ana Vətən) İlham Əliyevin namizədliyini irəli sürəcək. 
 
Partiya rəhbərləri olan digər deputatlar isə hələlik kimin namizədliyini irəli sürəcəkləri ilə bağlı yekun qərar verməyib. 
 
Milli Məclisin sonuncu iclasında-dekabrın 8-də bir neçə deputat müxalifətə səslənərək seçkilərdə iştirak etməyə dəvət edib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol