Cəlilabad və Oğuz sakinləri qanunsuz saxladıqları silahları təhvil veriblər

Cəlilabad və Oğuz sakinləri qanunsuz saxladıqları odlu silahları təhvil veriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 5 ədəd müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.
www.anews.az
Son xəbərlər 
Daha çox 























