Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var

Zaqatalada yol qəzası nəticəsində xəsarət alanlar olub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. "Mercedes" markalı mikroavtobusla "VAZ-2121" (Niva) markalı avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilr.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























