• $
  • €
  • ₽
  • ₺
  • £

Perinatal Mərkəzində yanğın olub - 50-dən çox xəstə təxliyə olunub - Yenilənib/Video

Perinatal Mərkəzində yanğın olub - 50-dən çox xəstə təxliyə olunub - Yenilənib/Video
09.01.2024 09:21
Respublika Perinatal Mərkəzində müalicə alan xəstələrin sayı 90 nəfərdən çox olub. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Bayramov mətbuata açıqlamasında deyib. 
 
O bildirib ki, onlardan 50-sinin təxliyəsi başa çatıb. Digərlərin köçürülməsi də davam edir.  
 

 
08:08
Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı ​Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 12 briqadası hadisə yerinə cəlb olunub.

Məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.

Bildirilib ki, zərurət üzrə xəstəxanada müalicə alanların təhlükəsiz təxliyəsi planlaşdırılır:

"TƏBİB rəhbərliyi hadisə yerindədir. Əlavə məlumat veriləcək”.

***
Hadisə ilə bağlı TƏBİB daha bir məlumat yayıb.

Bildirilib ki, Respublika Perinatal Mərkəzində yanğınla əlaqədar indiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb.

"Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir. Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir. 

1 nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir”.

Qeyd olunub ki, yanğın nəticəsində xəsarət alan olmayıb
 
 
05:00
Respublika Perinatal Mərkəzində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb.

Yanğınla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

***
Yanğını FHN-in yanğından mühafizə bölmələri söndürüb.

Əlavə məlumat veriləcək.
***
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.

Bildirilib ki, hazırda polis əməkdaşları hadisə yerini mühafizə edirlər.

"Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb. Ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyyə - xilasetmə tədbirlərində fəal iştirak ediblər”, - deyə məlumatda qeyd olunub.
***
Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.

Bildirilib ki, hazırda Bakı şəhər prokuroru Elşən Abbasov və Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Zəruri istintaq hərəkətləri aparılır, ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək

www.anews.az 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol