• $
  • €
  • ₽
  • ₺
  • £

FHN radioloji fəaliyyət növləri ilə məşğul olan müəssisə və təşkilatlara müraciət edib

FHN radioloji fəaliyyət növləri ilə məşğul olan müəssisə və təşkilatlara müraciət edib
11.01.2024 23:30
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ölkə ərazisində radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, qanunvericiliyin tələbinə uyğun olaraq, Agentlik tərəfindən radiasiya təhlükəsizliyinin təmin olunması məqsədilə radioloji fəaliyyət növləri ilə məşğul olan müəssisə və təşkilatlarda mütəmadi olaraq nəzarət-yoxlama tədbirləri həyata keçirilir.

Sahibkarlıq və qeyri-sahibkarlıq sahəsində aparılan nəzarət-yoxlama tədbirləri fəaliyyət sahələri nəzərə alınmaqla, Azərbaycan Respublikasının radiasiya təhlükəsizliyi üzrə qanunvericiliyinə uyğun əvvəlcədən tərtib olunmuş suallar əsasında həyata keçirilir.
Həmin suallarla https://fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1029 internet ünvanında tanış olmaq mümkündür.

Bəzi hallarda müəssisə və təşkilatlar nəzarət-yoxlama tədbirlərinə qeyri-ciddi yanaşır, aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasına etinasız münasibət nümayiş etdirir. Bu isə sonda pozuntu aşkar olunmuş müəssisə barəsində qanunvericiliyin tələbinə uyğun olaraq inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi və ya müəssisənin radioloji fəaliyyətinin məhdudlaşdırılması ilə nəticələnir.
 
Yuxarıda göstərilənləri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi radioloji fəaliyyət növləri ilə məşğul olan müəssisə və təşkilatlara bir daha müraciət edərək, radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməyə çağırır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol