Qarlı havaya görə Qəbələ və İsmayıllı reysləri təxirə salınıb - AYNA

Ölkə ərazisində davam edən qarlı hava şəraitinə baxmayaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksi vətəndaşlara fasiləsiz xidmət göstərir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Yanvarın 14-ü günün ilk yarısında 90-dan çox reys həyata keçirilib, 2100 sərnişin paytaxtdan regionlara yola salınıb.
Yollardakı vəziyyətlə bağlı yalnız Qəbələ və İsmayıllı reysləri təxirə salınıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























