• $
  • €
  • ₽
  • ₺
  • £

İran İsrailə "cəsusluq" edən 4 nəfəri edam edib

İran İsrailə "cəsusluq" edən 4 nəfəri edam edib
29.01.2024 18:02
İran İsrailin casusluq əməliyyatı ilə əlaqəsi olduğunu iddia etdikləri dörd nəfəri edam edib. Bu barədə İranın dövlət mediası yazıb. 
 
Müttəhimlər İsfahanda yerləşən İran Müdafiə Nazirliyi üçün avadanlıq istehsal edən fabrikdə partlayış törətmək üçün İraqın Kürdüstan bölgəsindən qanunsuz olaraq İran ərazisinə daxil olmaqda ittiham olunublar.
 
Onlar 2023-cü il sentyabrın 18-də İsrail rejiminin xeyrinə casusluq əməkdaşlığına görə edam cəzasına məhkum ediliblər. Həmçinin ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə terror qruplaşması yaratmaq və idarə etməkdə təqsirli biliniblər. Daha sonra apellyasiya məhkəməsi işə yenidən baxaraq hökmü qüvvədə saxlayıb. 

Dörd nəfərin İran vətəndaşları olduğu müəyyən edilib: Məhəmməd Fəramərzi, Möhsün Məzlum, Vəfa Azarbar və Pejman Fatehi. Edam, ölkənin Ali Məhkəməsi sentyabr ayında başqa bir məhkəmə tərəfindən çıxarılmış ölüm hökmlərini qüvvədə saxladıqdan sonra həyata keçirilib.
 
İran və İsrail illərdir bir-birini casusluqda və kölgə müharibəsi aparmaqda ittiham edir. İsrail İranı özünün ən böyük təhlükəsi hesab edir və dəfələrlə İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi addımlar atmaqla hədələyib. İran bu cür silahlar axtardığını inkar edir və istənilən təcavüzə sərt cavab verəcəyini vəd edib. 

 2020-ci ildə İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının tanınmış generalı, İranın elit Qüds Qüvvələrinin rəhbəri Qasım Süleymani haqqında məlumatları ABŞ və İsrailə sızdırmaqda günahkar bilinən şəxsi edam edib.
 
Gülnar 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol