• $
  • €
  • ₽
  • ₺
  • £

Qubad İbadoğlunun vəsatəti təmin olunmayıb- VƏKİL

Qubad İbadoğlunun vəsatəti təmin olunmayıb- VƏKİL
16.02.2024 12:48
Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun vəkilləri ilə telefon danışığına qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlı verilən vəsatət təmin olunmayıb. Bu barədə onun vəkili Zibeydə Sadıqova Anews.az-a bildirib.

Vəkil bildirib ki, Qubad İbadoğlu səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyib.
 
"Qubad müəllimə həkimlər tərəfindən 10 gün müddətində sistem köçürülməsi tövsiyə olunub. İndi o, müalicə olunur. Qanında şəkərin miqdarı çoxdur. Damarlarında tıxac yaranıb. Biz bildirdik ki, Qubad müəllim vəkillərinə zəng edə bilsəydi, biz onun haqqında məlumat ala bilərdik. Amma çox təssüf ki məhkəmə bizim şikayətimizi təmin etmədi",- vəkil əlavə edib.
 
Fevralın 15-də Nərimanov məhkəməsi tərəfindən Qubad İbadoğlunun həbs müddəti  3 ay uzadılıb. 
 
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Bundan sonra Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. 
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 
 
Aygün Mirakif

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol