Buraxılış və qəbul imtahanlarındakı tapşırıqlara dair məşğələlər keçirilib

Buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının növbəti məşğələləri keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
19-23 fevral tarixlərində hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş iştirakçılar üçün əyani, bölgələr üzrə qeydiyyatdan keçmiş iştirakçılar üçün isə onlayn formada keçirilib. Həmçinin informatika fənni üzrə hazırlıq kursu bütünlüklə onlayn formada keçirilib.
Hazırlıq kurslarının məşğələləri növbəti həftə davam etdiriləcək.
www.anews.az
Son xəbərlər 
Daha çox 























