• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Sumqayıt dəmir yolu infrastrukturunun yenidən qurulması planlaşdırılır - Sədr

Bakı-Sumqayıt dəmir yolu infrastrukturunun yenidən qurulması planlaşdırılır - Sədr
26.02.2024 12:49
Bakı-Sumqayıt dəmir yolu infrastrukturunun yenidən qurulması planlaşdırılır. Bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov deyib.
 
O bildirib ki, hazırda bu xətt ilə iş günlərində gündəlik 30 min sərnişin daşınır. 
 
"Sumqayıt Bakı ərazisində kifayət qədər sərnişin sıxlığı var. ADY olaraq bunu biz də başa düşürük. İstənilən halda ötən ilin əvvəlində günlük iş günlərində 24 min sərnişin daşınırdısa, indi 30 min çox sərnişin daşınır. Sərnişin qatarlarında olan sıxlıq isə bununla bağlıdır.  Qatarların gecikməsi dünyanın hər yerində olan reallıqdır. Qatarlarda soyuq, qeyri-normal hava şəraitində hər hansı problər yarana bilir. Bizim dəmir yollarında bunun köklü səbəbi köhnə infrastrukturla əlaqəlidir. Bu gün Bakı-Sumqayıt yolunda istifadə olunan dəmir yolu xəttində elektrik təsərrüfatı çoxdur. Bu infrastruktur keçən əsrin 20-ci illərində quraşdırılıb. Düzdür sonradan moderilizasiya olunub, amma əsaslı şəkildə bu yolun yenidən hazırlanmasına ehtiyac var. Biz onun layihəsini hazırlayırıq. Bu yolun tamamilə yenidən qurulması planlaşdırılır. Biz sərnişin qatarlarının hərəkətləri üçün bu yolu moderilizasiya etmək istəsək, sərnişinlər arasında ikinci narazılıq ortaya çıxacaq ki, bu yolu bağlamadan edin. O da mümkün deyil. Biz elə bir plan fikirləşirik ki, həm sərnişinlərin gündəlik axınına maneə olmayaq, həm də bu xəttin tam yenidən qurulmasını həyata keçirək. Qatar intensivliyinin aşağı salınması qaçınılmaz reallıq olacaq. Bunun üçün böyük məbləğdə investisiya qoyuluşu tələb olunur. Bunun hesablamaları aparılır" , - Rüstəmov fevralın 26-da Xocalı soyqırımı ilə bağlı "Ana haray" abidəsini ziyarət edərkən jurnalistlərin suallarına cavab verərkən qeyd edib. 
 
Sədr sərnişinləri maraqlandıran suala münasibət bildirib. 

"Bəzən sərnişinlər soruşurlar ki, gündüz niyə Bakı-Sumqayıt arasında qatar hərəkət etmir? Saat 10-dan 7-ə qədər. Bunun iki səbəbi var. Birincisi biz həmin yoldan yükdaşımalar da həyata keçiririk. Bunu başa düşmək lazımdır ki, bu yol yalnız sərnişinlər üçün deyil. Sərnişin yolunu yük yolundan ayıra bilmədiyimizə görə, təbii ki, orada sıxlıq şəraiti yaradır. Digəri isə, ən əsası yola texniki qulluq olunur. Yalnız gecə bunu etmək mümkün deyil, ona görə, gündüz saatlarında qatarlar azaldılır ki, bu həyata keçirilsin", - o deyib.
 
Qurum rəsmisi, Cənub istiqamətində dəmir yolu xətti ilə sərnişin daşınılmasının hələ gündəmdə olmadığını vurğulayıb.
 
"Cənub istiqamətində yol texniki olaraq yalnız yükdaşıma  imkanı verir. Sərnişin daşınılmasına yol imkan vermir. Qatar saatda 1 kilometr sürətlə gedərsə, sərnişin o yol ilə getməz. Bİz bunu məqbul da hesab etmirik. Bu yolun istifadəyə verilməsi gündəlikdə deyil. Əsaslı yenidənqurma işlərindən sonra bu məsələyə baxılacaq", - Rüstəmov söyləyib. 
 
ADY sədri ara stansiyaların sökülməsi məsələsinə də aydınlıq gətirib.

"Bu, optimallaşdırmadır. Optimallaşdırma həyata keçirilərkən yaxın məsafədə olan stansiyalar birləşdirilir və ya ləğv edilir ", - o deyib.
 
Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol