• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalıda təbiətə dəyən ziyanın aradan qaldırılması məqsədilə müvafiq işlər görülür - Nazir

Xocalıda təbiətə dəyən ziyanın aradan qaldırılması məqsədilə müvafiq işlər görülür - Nazir
26.02.2024 14:32
Xocalıda təbiətə dəyən ziyanın aradan qaldırılması məqsədilə müvafiq işlər görülür. Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.  
 
"Xocalıda aparılmış ekoloji terrorla bağlı qiymətləndirmə işləri aparılır. Təbiətə olan ziyanlar hesablanır. Əlbəttə ki, bundan sonra bərpa işləri aparılacaq, müvafiq qaydada müvafiq planlar təqdim olunacaq və bunun əsasında işlər aparılacaq. Geniş miqyaslı təşkilatlar, qurumlar müvafiq tədbirlər planı əsasında bu işləri davam etdirir. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi də müxrəlif su layihələri, müvafiq bioloji, radioloji stansiyaların quraşdırılması, meşə-bərpa işləri və s. bütün istiqamətdə müvafiq işlər görülür", - Babayev fevralın 26-da Xocalı soyqırımı ilə bağlı "Ana haray" abidəsini ziyarət edərkən jurnalistlərin suallarına cavab verərkən qeyd edib.
 
2023-cü il noyabrın 28-də ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Ermənistanın törətdiyi ekoloji terror nəticəsində işğal dövründə 54 min hektardan artıq meşə sahəsinin məhv edildiyini açıqlayıb.
 
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı dinc etiraz aksiyası keçirilib.
 
1988-ci ilin noyabrında başlanan ekoloji terror nəticəsində 30 ilə yaxın işğal müddətində Topxanada minlərlə qiymətli ağac kəsilərək məhv edilib. 2021-ci il noyabrın 8-də 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident İlham Əliyev və Mehriban Əliyeva Cıdır düzündə ağac əkib. 

Aytac Zeynalova 
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol