• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev Beynəlxalq Aeroportunda təhlükəsizlik məsələləri müzakirə olunub

Heydər Əliyev Beynəlxalq Aeroportunda təhlükəsizlik məsələləri müzakirə olunub
01.03.2024 18:06
Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyanın 6-cı iclası keçirilib.

İclasda "Azərbaycan Hava Yolları” QSC-nin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatı sahəsində güc strukturlarının və digər aviasiya subyektlərinin rəhbər heyəti iştirak edib.

Tədbir çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin və yük terminallarında aviasiya təhlükəsizliyinin təmin edilməsi, o cümlədən sərnişinlərin təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsi üçün qabaqcıl texnologiyaların və təcrübələrin tətbiqi ilə bağlı aktual məsələlər müzakirə olunub.

İclasda aviasiya infrastrukturunun səmərəli fəaliyyətini təmin etmək məqsədilə gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının strateji istiqamətləri müəyyən edilib, aviasiya təhlükəsizliyi mədəniyyətinin geniş tətbiqinin və birgə əməkdaşlığın zəruriliyi vurğulanıb.

İdarələrarası Komissiya Azərbaycanda aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mütəmadi olaraq iclaslar keçirir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol