• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda şirkət rəhbəri həbs edilib

Azərbaycanda şirkət rəhbəri həbs edilib
04.03.2024 20:59
Azərbaycanda taxılın tədarükü və satışı ilə məşğul olan "Orucoğlu Aqro” MMC şirkətinin təsisçisi və direktoru Qulu Orucov cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo”nun məlumata görə, 1987-ci il təvəllüdlü Qulu Orucov barəsində Cinayət Məcəlləsinin 178.4-cü (Xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə üç şirkət və bir fiziki şəxs zərərçəkmiş şəxs qismində tanınıb. Məlum olub ki, "Orucoğlu Aqro” MMC-nin rəhbəri şirkətlərə müvafiq olaraq 604 min, 190 min və 57 min manat, fiziki şəxsə isə 24 min manat (ümumilikdə 875 min manat) ziyan vurmaqla dələduzluq edib. O, həmin şirkətlərdən külli miqdarda taxıl və digər məhsullar alaraq satıb. Amma Q.Orucov vəd etdiyi kimi əldə etdiyi vəsaitlə həmin malların pulunu ödəməyib. 

Araşdırmalar zamanı o da məlum olub ki, şirkət rəhbəri əvvəllər də dəfələrlə dələduzluq əməllərinə görə məsuliyyətə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 mart tarixli hökmü ilə Q.Orucova 11 il həbs cəzası verilib. Ona əlavə olaraq 1 il 6 ay vəzifə tutmaq qadağan edilib. Qulu Orucov cəzasını ciddi rejimli müəssisədə çəkəcək. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol