Bir neçə təhsil müəssisəsi rəhbəri barəsində tədbir görülüb

Qarabağ Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən təhsil müəssisələrində monitorinq aparılıb.Bu barədə İdarədən məlumat verilib.
Monitorinq zamanı məlum olub ki, Ağcabədi rayonu üzrə təhsil sektorunun 4 nəfər əməkdaşı tərəfindən vəzifə öhdəlikləri vaxtında və düzgün icra olunmayıb.Nəticə etibarilə təhsil müəssisələrinin fəaliyyətinə nəzarət edilməyib, bir sıra neqativ hallara yol verilib.
Göstərilənləri nəzərə alaraq Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşları və yoxlanılmış təhsil müəssisələrinin rəhbərləri barəsində Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq intizam tənbeh tədbirləri tətbiq edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























