• $
  • €
  • ₽
  • ₺
  • £

Yük və sərnişin daşımaların sayı artıb

Yük və sərnişin daşımaların sayı artıb
15.03.2024 12:06
2024-cü ilin yanvar-fevralında Azərbaycanda yük daşımaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,1%, sərnişin daşımaların sayı isə 8,4% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. 

Bildirilib ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 35,2 milyon ton yük daşınıb.
 
Yüklərin 3,6%-i dəniz, 8,5%-i dəmir yolu, 0,2%-i hava, 54,7%-i avtomobil nəqliyyatı, 33,0%-i isə boru kəməri ilə daşınıb. 

Hesabat dövründə qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,3% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,6% təşkil edib.
 
Eyni zamanda nəqliyyatçılar 294,4 milyon sərnişinə xidmət göstərib.
 
Sərnişinlərin 87,5%-i avtomobil nəqliyyatı, 11,9%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
 
2023-cü ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə 5 milyon 425,2 min ton məhsul daşınıb, bu da 2022-ci illə müqayisədə 9 % çoxdur.

Ötən il avtomobil nəqliyyatı ilə 1 milyard 828,5 milyon ABŞ dolları (əvvəlki illə müqayisədə 3 % çox) dəyərində 2 milyon 27 min ton (6 % çox) yük ixrac edilib, 10 milyard 269 milyon ABŞ dolları (18 % çox) dəyərində 3 milyon 398,2 min ton (10 % çox) yük idxal edilib.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 2023-cü ildə sərnişin daşınmasını 38,4% artıraraq 7,1 milyon nəfərə kimi artırıb. 

2022-ci ildə Azərbaycan Dəmir Yolları 5 milyon 136 min sərnişin daşıyıb. 
 
Aygün Mirakif

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol