Polis azad edilmiş ərazilərdə gücləndirilmiş rejimdə çalışır

Novruz bayramı günlərində polis əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir.Bu barədə DİN-in Mətbuat xidmətindən xəbər verilib.
Həmin istiqamətlər üzrə icazəsi olan şəxslərin sərbəst keçidi təmin edilir. Təhlükəsizlik məqsədilə marşrutdan kənar ərazilərə insanların hərəkətinə icazə verilmir.
Bundan başqa, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatların yığılması üçün daxili işlər orqanlarının əməkdaşları tərəfindən görülən zəruri tədbirlər davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























