Xocavənddə silah-sursat tapılıb

Xocavənddə partlayıcı vasitələr aşkar edilib. Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən 74 müxtəlif növ mina, 74 müxtəlif növ qumbara, 4 TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyən edilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























