• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə "məntiq" dərsi keçirilməlidirmi? - Açıqlama

Məktəblərdə "məntiq" dərsi keçirilməlidirmi? - Açıqlama
01.05.2024 17:41
Aygün Həsənova 4-cü sinifdə oxuyan övladının məktəbdə məntiq dərsi keçirilmədiyi halda həmin fənndən sınaq imtahanlarında və məktəb imtahanlarında məntiqlə bağlı sualların salınmasından narazıdır. Bu barədə valideyn anews.az-a şikayətində bildirib. 
 
"Övladım 4-cü sinifdə oxuyur. Məntiqlə bağlı bilikləri zəifdir. Çünki məktəbdə tədris olunmur. Dərsliklə bağlı əlavə hazırlıqlara məşğul olmaq üçün maddi imkanımız da yoxdur. Əgər məntiq dərsləri keçirilmirsə bunun imtahanlara salınması doğru deyil", o şikayətində qeyd edib. 
 
Milli Məclisin elm və təhsil komitəsinin üzvü Musa Qasımlı hesab edir ki, orta məktəblərdə məntiq dərsi mütləq şəkildə tədris olunmalıdır. Deputat söyləyir ki, təhsildə aparılan islahatlar fonunda bu məsələ diqqətdə saxlanılmalıdır. 
 
Təhsil eksperti Kamran Əsədov söyləyir ki, riyazi məntiq fənninin tədrisi olmalıdır amma bu ixtisaslaşma fonunda keçirilməlidir. Məsələn ali məktəblərin magstr mərhələsində imtahanlarında məntiqdən suallar salınır. O məntiq bakalavrlara harda keçirilib? Onların hamısı riyazi məntiqlərdir.  Humanitar sahədə, Kənd təsərrüfatında, mədəniyyətdə oxuyanlar necə yazsınlar bu tip sualları? O bakalavrların çoxu riyaziyyatdan qaçmaq üçün başqa ixtisasi seçiblər. Bu imtahanların hər birinə məntiq  salmaq  uşaqları riyaziyyat texniki ixtisaslara yönləndirməkdir. Bu humanitar ixtisaslara hörmətsizlikdir. Ümumiyyətlə öyrətmədiyin bir materialdan sual sala bilməzsən. Ona görə imtahanlarda salmaq olmaz. Məntiq suallarının salınması məzmun standartlarına və tədris proqramlarına ziddir. Məntiq suallarının məktəb daxili qiymətləndirmədə, müsabiqələrdə iştirakı həmin şəxslərin hüquqlarinin bir mənalı şəkildə pozulmasıdır", - Əsədov bildirib. 
 
Məsələyə Elm və Təhsil Nazirliyindən münasibət olaraq bildirilib ki, məntiq dərsinin xüsusi fənn kimi tədrisi planlaşdırılmır. 

"Məntiq dərsinin xüsusi fənn kimi  tədrisi planlaşdırılmır. Lakin ümumi təhsil müəssisəsinin pedaqoji şurasının qərarı ilə dərsdənkənar məşğələlərdə "Məntiq”  kursu keçirilə bilər. Bu zaman məşğələlərin proqramı ümumi təhsil müəssisəsinin aidiyyatı təhsilverənləri tərəfindən hazırlanır, məktəbin direktoru tərəfindən təsdiq edilir", - nazirliyin açıqlamasında bildirilir. 
 
Aytac Zeynalova 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol