Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunublar

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, hərbi hissələrdə bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.
Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, eləcə də bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Son xəbərlər 
Daha çox 






















