• $
  • €
  • ₽
  • ₺
  • £

Dörd ayda sənaye məhsulu istehsalı azalıb

Dörd ayda sənaye məhsulu istehsalı azalıb
13.05.2024 12:25
 2024-cü ilin yanvar-aprelində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 milyard manat azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Bildirililib ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2% azalıb, qeyri-neft sektorunda isə 8,7% artıb. 
 
Sənaye məhsulunun 64,6 %-i mədənçıxarma sektorunda, 29,3 %-i emal sektorunda, 5,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilib. 

2024-cü ilin yanvar-aprelində mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,7% azalıb, əmtəəlik qaz hasilatı 4,3% artıb.

Eyni zamanda emal sektorunda metallurgiya sənayesi məhsullarının istehsalı 55,0 %, tikinti materiallarının istehsalı 44,6 %, mebel istehsalı 36,4 %, kompüter, elektron və optik məhsulların istehsalı 31,3 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 30,5%, içkilərin istehsalı 27,5 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 25,2 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 22,5%, tütün məmulatlarının istehsalı 19,2 %, geyim istehsalı 19,1%, elektrik avadanlıqlarının istehsalı 17,7 %, hazır metal məmulatlarının istehsalı 12,6%, kimya sənayesi məhsullarının istehsalı 8,6 %, əczaçılıq məhsullarının istehsalı 6,4%, neft məhsullarının istehsalı 5,3 %, qida məhsullarının istehsalı 0,7 %, kağız və karton istehsalı 0,4 % artmış, toxuculuq sənayesi məhsullarının istehsalı 8,6 %, poliqrafiya məhsullarının istehsalı 8,6 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 11,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 13,9%, maşın və avadanlıqların istehsalı 16,8%, sair nəqliyyat vasitələrinin istehsalı 27,3%, sair sənaye məhsullarının istehsalı isə 59,8%  azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,6 % azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,2 % artıb.
 
Aygün

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol