• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluq plastik və estetik cərrahi əməliyyatlar keçirənlərə müraciət edib

Prokurorluq plastik və estetik cərrahi əməliyyatlar keçirənlərə müraciət edib
22.05.2024 18:08
Baş Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsinə dair tələblərlə bağlı vətəndaşlara müraciət edib.Bu barədə Qurumun Mətbuat xidmətindən məlumat verilib.
 
Müraciətdə plastik cərrahiyyə əməliyyatı və ya digər estetik prosedurların həkim təyinatı əsasında həyata keçirilməli olduğu vurğulanıb:
 "Bundan əvvəl həmin prosedurun şəxsin həyat və sağlamlığına təsirinə dair müayinəsi aparılmalıdır. Proseduru icra edən həkim pasiyentdən bu müayinənin aparılmasını tələb etməlidir.
 
Plastik cərrahiyyə əməliyyatı və ya digər estetik prosedur son zərurət halında həyata keçirilməli, hər bir şəxs üzrə keçirilmiş prosedurların uçotu aparılmalı, növbəti dəfə müraciət edildikdə əvvəlki prosedurlar barədə məlumat verilməli və həkim tərəfindən yoxlanılmalıdır.
 
Estetik proseduru həyata keçirən şəxsin müvafiq tibbi təhsili olmalı, həmçinin bu sahədə ixtisaslaşmalıdır.
 
Plastik cərrahiyyə əməliyyatını aparan şəxsin ali tibbi təhsili olmaqla yanaşı, bu sahədə ixtisaslaşmalıdır.
 
Ali tibbi təhsil almadan həkim və ya həkim-kosmetoloq adından istifadə etmək yolverilməzdir.
 
Plastik, rekonstruktiv və estetik əməliyyatlar ixtisaslaşmış həkim personalı tərəfindən həyata keçirilməli, həmin əməliyyatlar ümumi cərrahiyyə ixtisasına malik olan həkim və tibb personalı tərəfindən aparılmalıdır.
 
Plastik, rekonstruktiv və estetik əməliyyatlar aparılan klinikalarda reanimatologiya xidmətlərinin tələb olunduğu zaman bu xidməti göstərən personal olmalıdır.
 
Plastik cərrahiyyə əməliyyatı və digər prosedurlar zamanı ölkə ərazisinə gətirilən müxtəlif tərkibli kosmetoloji vasitə və preparatların daşınması və tətbiqi xüsusi rejim tələb edir. Onların yararlılıq sertifikatları olmayan, keyfiyyətsiz və ya aşağı keyfiyyətli bir sıra vasitələrin istifadəsi ağır nəticələrlər verə bilər.
 
Həkim tərəfindən plastik və estetik prosedurların həyata keçirilməsi zamanı xəstəlik vərəqəsi və xəstəlik tarixi haqqında qanunvericliyin tələblərinin yerinə yetirilməsi zəruridir.
 
İstənilən invaziv müdaxilə zamanı, yəni insan bədəninə müdaxilə zamanı tibb vərqələri açılması təmin edilməli və "Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə elektron sənəd formasında tərtib olunmalıdır".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol