• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Mustafa məhkəməyə məktub ünvanlayıb

Fazil Mustafa məhkəməyə məktub ünvanlayıb
25.05.2024 12:16
Millət vəkili Fazil Mustafa cinayəti ilə bağlı məhkəmə araşdırması davam edir.

"Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin hazırki mərhələsində iş materialları tədqiq olunur.

Bugünkü iclasda sənədlərə baxışdan əvvəl təqsirləndirilən Səbuhi Şirinovun vəkili Elçin Sadıqov iş üçün əhəmiyyət kəsb edən bir neçə videolinkin sənədlərə əlavə edilməsi barədə vəsatət verib.Elnur Nuriyevin sədrlik etdiyi hakim heyəti tərəfindən həmin vəsatət təmin edilib. 

Prosesin davamında Fazil Mustafanın nümayəndəsi vasitəsilə məhkəməyə məktub göndərdiyi elan edilib.

Zərərçəkmiş deputat məktubunda yazır ki, şəxsinə qarşı terror aktı onun siyasi fəaliyyəti ilə bağlıdır. Amma təqsirləndirilən şəxslərin heç birini tanımır: 
 
"Mən özüm dini inancları olan adamam. Hesab edirəm ki, mənə qarşı terror aktı təqsirləndirilən şəxslərin dedikləri ilə bağlı yox, mənim siyasi fəaliyyətim və dünyagörüşümlə bağlıdır. Hadisədən sonra istintaqa ifadə vermişəm. Dediklərimi də təsdiq edirəm. Həmin vaxt da geniş danışmışam. Mənim  ölkəmizdə terrorçuluq fəaliyyəti həyata keçirmək istəyən erməni-İran terrorçularına qarşı çıxışlarım olub. Misal kimi elə Azərbaycanın İrandakı Səfirliyində terror aktı… Bütün bu olanların əsas məqsədi də ölkəmizdə din pərdəsi altında əmin-amanlığı, sabitliyi pozmaqdır”.

Daha sonra təqsirləndirilənlər- Səbuhi Şirinov və Rəşad Əhmədovun ibtidai istintaq vaxtı müstəntiqə verdikləri ifadələri elan edilib. 
Səbuhi Şirinov əvvəlki ifadəsində deyib ki, həmin cinayəti pul qarşılığında törədib. Rəşad Əhmədov isə bu işə Azər Səricanov vasitəsilə qoşulduğunu deyib. O, Səricanovla razılaşmasının səbəbini Fazil Mustafanın dinə qarşı çıxışları ilə əlaqələndirib. 

Digər təqsirləndirilənlər - Elşad Əsgərov və Emin Əliyarov istintaqa verdikləri ifadəni təsdiq ediblər.

Proses gələn həftə davam edəcək.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol