• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı

“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
29.05.2024 16:05
Ənənəvi olaraq, sərfəli operator kimi tanınan "Nar” sosial layihələri ilə də cəmiyyətə töhfə verməyə davam edir. Bu layihələr sırasında inklüziv cəmiyyət qurmağa yönələn və beynəlxalq mükafata layiq görülən jestdili.az elektron jest dili lüğəti xüsusi önəm daşıyır.

"Nar”ın dəstəyi ilə ADA Universitetinin tələbələrinin bu ilin əvvəlində yenilədiyi saytda son üç ayın nəticələrinə əsasən istifadəçi sayı ikiqat artıb. Daha bir statistik göstəricəyə görə isə saytda ən çox axtarılan ifadələr "salam”, "ata” və "ana” sözləridir. Sayta marağın artmasının səbəblərindən biri universitetin tələbələrinin təşəbbüsü ilə istifadəçi rahatlığını təmin etmək üçün saytın interfeysinin, dizaynının və axtarış sisteminin təkmilləşdirilməsi və bir çox digər funksiyalarla zənginləşdirilməsidir.
Layihənin digər tərəfdaşı olan "Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov Azərbaycan jest dilini tamamilə pulsuz öyrənməyə imkan verən resursun yalnız eşitmə və nitq məhdudiyyətli şəxslər üçün olmadığını bildirir: "Dörd ildir, fəaliyyət göstərən jestdili.az saytına maraq gündən-günə artmaqdadır. Bu sayt təkcə nitq və eşitmə məhdudiyyətlilər üçün olmadığından hər kəs buradan tam ödənişsiz olaraq faydalana bilər. Hesab edirəm ki, biz bir-birimizi daha yaxşı anlamaqla məhdudiyyətləri aşa və inklüziv cəmiyyət qura bilərik”.

Qeyd edək ki, daim təkmilləşdirilən elektron lüğət hazırda 4000 sözün və 500 çox işlənən cümlələrin video izahını təqdim edir. 2023-cü ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosasiyası (IPRA) jestdili.az layihəsini əsas götürərək "Nar”ı ən yaxşı korporativ məsuliyyət nominasiyasında birinci yerə layiq görüb.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol