“Bakubus” avtobuslarında sürət həddi endirilib - Video

"Bakubus”a məxsus avtobuslarda sürət həddi endirilib.
"Xəzər” TV xəbər verir ki, sərnişinlərin avtobusların gecikməsi ilə bağlı şikayətlərindən sonra məlum olub ki, bunun səbəblərindən biri də sürət limitinin aşağı slaınmasıdır. Sürət həddi saatda 50 km-ə endirilib.
Sürücülərin sözlərinə görə, yeni sürət limiti artıq 1 aya yaxındır, tətbiq edilib. Bu da gecikmələrə səbəb olur.
Məsələ ilə bağlı "Bakubus” MMC-dən bildirilib ki, bu qərarın verilməsinə səbəb qəzaların sayının artması olub:
"Qərar sözügedən avtobuslar üzrə qəza statistikasına müsbət təsirini göstərib. Belə ki, qəzaların sayı 40 faiz azalıb. Hazırda xüsusi avtobus zolaqlarının genişləndirilməsi üzrə işlər davam etdirilir. Avtobus zolaqlarının üstün cəhətlərindən biri təhlükəsiz və operativ sərnişindaşımanın həyata keçirilməsidir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























