Bakıda bu yollarda hərəkət qismən məhdudlaşdırılacaq

İyunun 15-i saat 09:00-dan etibarən Bakının Səbail rayonunda - Mehdi Hüseyn, Teymur Elçin, Cəfərov qardaşları küçələrində (Mehdi Hüseyn küçəsindən Mixail Lermontov küçəsinə qədər) və Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinə qədər) təmir işlərinə başlanılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə,təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























