• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda şəhərlərarası sərnişindaşıma üzrə tariflər yenilənir

Azərbaycanda şəhərlərarası sərnişindaşıma üzrə tariflər yenilənir
01.07.2024 15:23
Azərbaycanda şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə tariflər yeni məsafələrə uyğun hesablanmağa başlanılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirilib.

"Son illər ölkədə avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində şəhər və rayonları əlaqələndirən yollarda müəyyən dəyişikliklər olub. Nəticədə müvafiq avtobus marşrutlarının gediş məsafələrində azalma və artımlar müşahidə edilib. Şəhərlərarası daşımalar üzrə tariflər məsafələrə uyğun hesablandığından, baş vermiş dəyişikliklərə əsasən, marşrutlara yenidən baxılmasına və tariflərin yenidən hesablanmasına zərurət yaranıb", - məlumatda deyilir.

AYNA bildirir ki, əvvəllər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhər və rayonlara fəaliyyət göstərən şəhərlərarası müntəzəm marşrutların başlanğıc gediş məsafəsi Mərkəzi poçtdan hesablanırdı. Marşrutun gediş tarifi bu hesablamaya uyğun olaraq müəyyən edilirdi. Yeni dəyişikliklərə əsasən, rayonlararası sərnişindaşıma zamanı yoladüşmə məntəqəsi "avtovağzaldan avtovağzala” prinsipinə uyğun avtovağzallardan başlamaqla yeni inşa olunan yollarla gediş məsafəsi əsasında tarif müəyyən edilir.

Hesablamalara əsasən, ölkənin 85 şəhər və rayonundan 41-i üzrə məsafələrdə orta hesabla 6,6 % qısalma, qalan 41-i üzrə məsafələrdə 3,1 % artım qeydə alınıb, 3-ü üzrə məsafələrdə isə dəyişiklik olmayıb.

"Müsbət haldır ki, optimallaşdırma işləri çərçivəsində əsasən səyahət məsafələrində daha çox qısalmaların qeydə alınması əvvəlki hesablamalarla müqayisədə sərnişinlər tərəfindən bilet üzrə ödənişlərin azalması ilə nəticələnir", - məlumatda qeyd olunur.

Yeni məsafələrə uyğun tariflərin hesablanmasına bu gündən başlanılıb. Belə ki, iyulun 1-dən şəhərlərarası marşrutlarda sərnişindaşıma tarifinin yuxarı həddi 3,7 qəpik/km həddində müəyyən edilib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol