• $
  • €
  • ₽
  • ₺
  • £

COP29-la bağlı Azərbaycana vizasız gəlmək istəyənlər üçün sistem aktivləşib

COP29-la bağlı Azərbaycana vizasız gəlmək istəyənlər üçün sistem aktivləşib
12.07.2024 09:15
Azərbaycan qeydiyyatdan keçən iştirakçıların ölkəyə rahat girişini təmin etmək məqsədilə xüsusi COP29 viza müraciət sistemi yaradılıb.

Bu barədə məlumat COP29-un rəsmi saytında yerləşdirilib.

Bildririlib ki, COP29 xüsusi vizası birdəfəlik giriş vizası olacaq. Əgər iştirakçı Azərbaycanı tərk etmək və COP29-un keçirildiyi müddətdə yenidən Azərbaycana geri qayıtmaq istəsə, o zaman UNFCCC qeydiyyat nömrəsindən istifadə edərək və daha əvvəl keçdiyi prosesi təkrarlayaraq, COP29 xüsusi vizası üçün yenidən müraciət etməli olacaq.

Qeyd edilib ki, COP29 və sessiya öncəsi görüşlər üçün Azərbaycan ərazisinə səfər edən bütün xarici iştirakçıların pasportlarının etibarlılıq müddəti Azərbaycana daxil olduqları tarixdən ən azı altı ay sonrakı müddət üçün etibarlı olmalıdır.

Bundan əlavə, iştirakçıların qeydiyyatı UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə təsdiqləndikdən sonra onlara UNFCCC qeydiyyatını təsdiqləyən e-poçt vasitəsilə viza üçün müraciət linki göndəriləcək:
"COP29 xüsusi vizasında vizanın verilmə tarixi qeyd ediləcək və bu viza 30 noyabr 2024-cü il tarixinədək etibarlı olacaqdır. Viza sahibləri Azərbaycan Respublikasına bu tarixdən əvvəl daxil olmalıdırlar”, - deyə məlumatda bildirilib.

Bunun üçün iştirakçılar link vasitəsilə viza portalına daxil olaraq formanı doldurmalı və tələb olunan sənədləri yükləyərək təsdiq üçün təqdim etməlidir:

"Təsdiq edildikdən sonra COP29 xüsusi vizanızı vebsaytdan yükləməyiniz üçün sizə vizanızı təsdiq edən e-poçtla link göndəriləcəkdir. İştirakçılara UNFCCC-də qeydiyyat təsdiqləndikdən dərhal sonra COP29 xüsusi vizası üçün müraciət etmələri tövsiyə olunur. Vizanın statusunu izləmək üçün UNFCCC qeydiyyatını təsdiq edən e-poçtudakı viza portalı linkindən istifadə edilməlidir”.

Həmçinin iştirakçılar vizaların verilməsi ilə bağlı suallar üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol