• $
  • €
  • ₽
  • ₺
  • £

Toyların keçirilməsinin təxirə salınması barədə yayılan məlumatlar əsassızdır

Toyların keçirilməsinin təxirə salınması barədə yayılan məlumatlar əsassızdır
31.07.2024 20:22
Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar paytaxtdakı şadlıq saraylarında toyların keçirilməsinin təxirə salınması barədə yayılan məlumatlar əsassızdır.Bu barədə "Report"a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Son günlər ərzində bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı ilə bağlı Bakı şəhərində yerləşən şadlıq saraylarının fəaliyyətinin dayandırılması, habelə müvafiq dövr ərzində paytaxt Bakıda toyların keçirilməsinin təxirə salınması ilə bağlı media məkanında müxtəlif təfsirli məqalələr dərc edilməkdədir.

"Yayımlanan xəbərlər həqiqəti əks etdirmir. Bildiririk ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransı ilə bağlı şadlıq saraylarında toy mərasimlərinin keçirilməsinə dair məhdudiyyətin tətbiq edilməsi barədə aidiyyəti qurumlar tərəfindən hər hansı göstəriş verilməmişdir. İctimaiyyəti yalnız rəsmi mənbələrə istinad edən xəbərləri nəzərə almağa çağırırıq", - COP29 Azərbaycan Əməliyyat Şirkətindən bildirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol