• $
  • €
  • ₽
  • ₺
  • £

Cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluğunun artırılması mövzusunda dəyirmi masa keçirilib

Cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluğunun artırılması mövzusunda dəyirmi masa keçirilib
08.08.2024 20:21

"Vətəndaş  Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi” Avropa İttifaqı və BMT İnkişaf  Proqramının dəstəyi ilə "Keçmiş məhkumların məşğulluğunu artırmaqla təkrar cinayətkarlığın azaldılması” layihəsinin icrasını yekunlaşdırmışdır. Layihə çərçivəsində bir sıra ictimai dəstək alətlərindən istifadə olunmuş, bir neçə istiqamətdə fəaliyyətlər həyata keçirilmişdir. Təşkil olunan Dəyirmi Masada bir çox dövlət qurumları və vətəndaş cəmiyyəti təmsilçiləri, o cümlədən Ombudsman Aparatı, Daxili İşlər Nazirliyi, Milli QHT Forumu, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Hüquq və İnsan Haqları İnstitutu  təmsilçiləri iştirak etmişlər. Tədbirdə ilk olaraq layihənin icrası  zamanı  görülmüş işlər təqdim olunmuşdur. 

VCU Məşğulluq orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin öyrənilməsi məqsədilə qurumun internet resursunda monitorinq aparmış, informasiya sorğuları vermiş, eləcə də Agentliyin Gəncə və Göyçay Peşə təhsili mərkəzlərinə başçəkmələr həyata keçirmişdir. Qeyd olunmuşdur ki, peşə təhsilinə cəlb olunan keçmiş məhkumların statistikasının aparılmaması bu sahədə görülən işlərin  ölçülməsinə imkan vermir.

VCU eyni zamanda cəzaçəkmə müəssisələrində informasiya sessiyaları keçirmiş, azadlığa çıxmağa hazırlaşan məhkumlarla preventiv hazırlıq işləri aparmış, keçmiş məhkumların sosial adaptasiya proqramı, məşğulluq imkanları , qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər barədə geniş məlumatlar verilmişdir. Təqdimat zamanı, həmçinin aparılmış sosioloji tədqiqatın nəticələri açıqlanmış, nəşr olunmuş maarifləndirici materiallar nümayiş etdirilmişdir.

Dəyirmi Masada çıxış edən şəxslər layihə çərçivəsində görülən işlərin, eləcə də problemin gündəmə gətirilməsinin vacibliyini, ölkəmizdə təkrar cinayətkarlığın qarşısının alınmasının əsas açarının keçmiş məhkumların məşğulluğunun təminatı olduğunu vurğulamış, bir sıra mühüm təkliflər irəli sürmüşlər. VCU rəhbəri Rafiq İsmayılov səslənən təkliflərin gələcək fəaliyyətlərində nəzərə alınacağını, bu sahədə davamlı iş aparılacağını bildirmişdir. Qeyd olunmuşdur ki, Mərkəz hazırda keçmiş məhkumların üçün peşə təhsili bazasının yaradılması layihəsi üzərində işləyir, bununla bağlı müvafiq dövlət qurumları ilə danışıqlar aparır.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:15
Sabah yağış yağacaq, şimşək çaxacaq
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
Cəmiyyət 14:05
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Cəmiyyət 13:57
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 13:49
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Cəmiyyət 13:07
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
Cəmiyyət 12:39
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
Azərbaycan qara kürü ixracını iki dəfə artırmağı hədəfləyir
Cəmiyyət 12:18
Azərbaycan qara kürü ixracını iki dəfə artırmağı hədəfləyir
"İkinci əl" avtomobil satışında yeni qaydalar
Cəmiyyət 11:57
"İkinci əl" avtomobil satışında yeni qaydalar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol