• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsilin İnkişafı Fondu yeni tələbə kartlarının istifadəyə verilməsi üzrə memorandum imzalayıb

Təhsilin İnkişafı Fondu yeni tələbə kartlarının istifadəyə verilməsi üzrə memorandum imzalayıb
08.08.2024 22:22
Bu gün Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni tələbə kartlarının istifadəyə verilməsi məqsədilə əlamətdar bir memorandum imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və "Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan üzrə ölkə meneceri, Baş direktoru Nurlan Hacıyev imzalayıblar.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov dövlət-özəl tərəfdaşlığı çərçivəsində atılan bu addıma görə hər iki tərəfdaş quruma təşəkkürünü bildirib. E.Nəsibov bu layihənin tələbələrimizin gündəlik həyatını asanlaşdırmaq və onlara müxtəlif imtiyazlar təqdim etməklə yanaşı, rəqəmsal texnologiyaların təhsildə geniş tətbiqini təmin etmək məqsədi daşıdığını qeyd edib. Təhsilin İnkişafı Fondu olaraq, daima tələbələrin ehtiyaclarına diqqət yetirdiklərini vurğulayan Fond sədri onlara ən yüksək səviyyədə dəstək verməyə hazır olduqlarını bir daha vurğulayıb.

Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə Kapital Bankın ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olaraq hər zaman təhsilin və elmin inkişafına dəstək göstərdiyini bildirib.

Fərid Hidayətzadə bugünkü təşəbbüsün Kapital Bank üçün olduqca önəmli olduğunu, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə, tələbələrin  bu imkanlardan faydalanmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Bu günün təhsilli gənclərinin, gələcəyin peşəkar mütəxəssisləri olduğunu vurğulayan F.Hidayətzadə, bu gün investisiya edilən hər bir gənci gələcəkdə Bankın əməkdaşı kimi dəyərləndirdiyini dilə gətirib.  

"Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan üzrə ölkə meneceri, Baş direktoru Nurlan Hacıyev bildirib ki, təhsil sahəsi və insan kapitalının inkişafı hər zaman şirkətin diqqət mərkəzindədir. "Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan təhsilinə dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edən N.Hacızadə, şirkətinin bu layihənin bir hissəsi olmasından məmnunluq hissini və gələcəkdə layihənin bütün ölkə tələbələrini əhatə etməsini hədəflədiyini bildirib.

Görüşdə iştirak edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev və Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında baş tutan bu əməkdaşlığın uğurla nəticələnəcəyinə və gənclərimizin gələcəkdə daha böyük nailiyyətlər əldə etməsinə zəmin yaradacağına əmin olduqlarını vurğulayıblar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:15
Sabah yağış yağacaq, şimşək çaxacaq
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
Cəmiyyət 14:05
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Cəmiyyət 13:57
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 13:49
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Cəmiyyət 13:07
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
Cəmiyyət 12:39
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
Azərbaycan qara kürü ixracını iki dəfə artırmağı hədəfləyir
Cəmiyyət 12:18
Azərbaycan qara kürü ixracını iki dəfə artırmağı hədəfləyir
"İkinci əl" avtomobil satışında yeni qaydalar
Cəmiyyət 11:57
"İkinci əl" avtomobil satışında yeni qaydalar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol