• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman Hüseyn Abdullayevin səhhəti ilə bağlı son durumu açıqlayıb

Ombudsman Hüseyn Abdullayevin səhhəti ilə bağlı son durumu açıqlayıb
13.08.2024 15:37
Sabiq deputat Hüseyn Abdullayevin infarkt keçirməsi təsdiqlənməyib və onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsinə dair Ombudsmana ünvanlanan ərizələr əsasında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət ünvanlanıb. Bu barədə Ombudsmandan anews.az-ın sorğusuna cavab olaraq bildirilib.
 
"Hüseyn Abdullayevin Bakı İstintaq Təcridxanasının baş həkimi tərəfindən zəruri müayinədən (ürəyin exokardioqrafiyası) keçirildiyi və bu müayinə nəticəsinə əsasən şəxsin miokard infarkt keçirməsi təsdiqlənməyib. Onun səhhəti normaldır və daimi həkim nəzarətindədir. Digər müayinənin keçirilməsi üçün müəssisəyə nevropatoloqun dəvət edildiyi, onun müayinəsindən sonra zərurət yaranarsa, Hüseyn Abdullayevin Müalicə Müəssisəsinə köçürülməsinin təmin ediləcəyi də vurğulanıb. Hüseyn Abdullayevin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsinə dair Ombudsmana ünvanlanan ərizələr əsasında tərəfimizdən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət ünvanlanıb.Hüseyn Abdullayevin saxlanma şəraiti və səhhəti Ombudsmanın diqqətindədir”, - açıqlamada deyilir.
 
Bir neçə gün öncə hüquq müdafiəçisi Rüfət Səfərov və sabiq deputatın keçmiş vəkili Rəsul Cəfərov Abdullayevin infarkt keçirməsi ilə bağlı mətbuata açıqlama verib. Lakin sonradan Ədliyyə Nazirliyi bu informasiyanı təkzib edib və bildirib ki, bu informasiya doğru deyil. 
 
Martın 7-də Hüseyn Abdullayeva qarşı cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqaallaşdırılması maddəsi ilə yeni cinayət işi açılıb. 
 
Sabiq deputat 2018-ci il altı il müddətində azadlıqdan məhrum edilib. Onun həbs müddəti bu ilin aprelində bitirdi. Lakin yeni cinayət ittihamı ilə əlaqədar Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs tədbiri seçib. 


 
Hüseyn Abdulayev 2005-ci il Milli Məclisin deputatı seçilib. 2007-ci il Nazirlər Kabinetinin qərarına etiraz edərək hesabata qarşı çıxıb. Bundan sonra Milli Məclisin fövqəlada iclası çağırıılıb və onun mandatı əlindən alınıb. 
 
2012-ci Almaniyaya mühacir kimi gedib və bil sonra beynəlxalq axtarışa verilib. 
 
2018-ci il Abdullayev Türkiyədə həbs olunaraq Azərbaycana gətirilib.
 
Gülnar Nazimqızı 






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol