• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Qazaxıstan birgə təlim keçirib

Azərbaycan və Qazaxıstan birgə təlim keçirib
23.08.2024 19:07
Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonunda keçirilən "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təlimi davam edir.Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
 
Ssenariyə əsasən, döyüş tapşırığı alan bölmə komandirləri qəbul edilmiş qərarı təlim rəhbərliyinin qərargahına məruzə etdikdən sonra kəşfiyyat tapşırıqlarını icra ediblər.

Təlimdə 25 kilometr məsafədə seçilmiş travers üzrə hərəkət edən bölmələr dağlıq ərazidə gizlənən qeyri-qanuni silahlı birləşmələrin sığınacaqlarını müəyyənləşdirərək basqın edib. Qanunsuz silahlıların avtomobil texnikası kolonlarının pusquya salınması və canlı qüvvəsinin məhv edilməsinə, eləcə də qarşıya çıxan digər qəfil tapşırıqların müvəffəqiyyətlə yerinə yetiriliməsinə nail olunub.

"Altın Kıran - 2024" təlimində əsas diqqət Azərbaycan-Qazaxıstan hərbi qulluqçularının qarşılıqlı əlaqədə birgə fəaliyyətinin təşkilinə, kəşfiyyat bölmələrinin praktiki vərdişlərinin təkmilləşdirilməsinə, dağlıq və səhra ərazilərində maskalanma bacarıqlarının artırılmasına, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol