• $
  • €
  • ₽
  • ₺
  • £

Yaxın günlərdə qızılca peyvəndi tibb müəsissələrinə paylanacaq - Səhiyyə Nazirliyi

Yaxın günlərdə qızılca peyvəndi tibb müəsissələrinə paylanacaq - Səhiyyə Nazirliyi
27.08.2024 15:50
Yaxın günlərdə qızılca ilə peyvəndlər tibb müəssisələrinə paylanılacaq. Bu barədə mətbuatın sorğusuna Səhiyyə Nazirliyindən bildirilib. 
 
Mətbuatda hazırda dövlət tibb müəssisələrində qızılca ilə peyvəndlərin olmadığı barəsində xəbərlər yazılıb. 

"Rəsmiləşdirilmə prosesi ən qısa zamanda yekunlaşacaq və peyvəndlər tibb müəssisələrinə paylanacaq. Hər hansı peyvənd çatışmazlığı olan tibb müəssisələrinin təcili olaraq anbar ehtiyatlarından təmin olunması ilə bağlı göstəriş verilib", - nazirliyin açıqlamasında deyilir. 
 
Hazırda özəl klinikalarda qızılca peyvəndi 180-200 manata təklif edilir. 

Bir neçə gün öncə Səhiyyə Nazirliyinin rəsmisi bildirib ki, hazırda ölkə ərazisində qızılcaya yoluxma halları azalıb. 
 
2024-cü ilin yeddi ayının nəticələrinə əsasən qızılcanın ən çox yayıldığı ölkələr arasında Azərbaycanın da adı yer alıb. 
 
2023-cü il dünyada uşaqların 83%-i qızılca ilə bağlı yalnız birinci doza peyvəndi vurub. 

Son beş ildə qızılcaya yoluxma hallarının artması dünyadakı körpələrin təxminən dörddə üçünün yaşadığı 103 ölkəni əhatə edib. Aşağı peyvənd əhatəsi (80% və ya daha az) epidemiyaların başlamasında əsas amil olub. Qızılca peyvəndinin yüksək olduğu 91 ölkədə heç bir epidemiya baş verməyib.


ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, bu problem həll edilə bilər və qızılcaya qarşı peyvənd ucuzdur. ÜST rəhbəri vurğulayıb ki, peyvənd olmayan ölkələrə də bunu çatdırmaq mümkündür.

Dekabrın 25-də Səhiyyə Nazirliyi qızılca ilə bağlı Azərbaycana peyvəndlərin gətirildiyini qeyd edib. Nazirliyinin və TƏbiB-in açıqlamasında 11-40 yaşlı şəxslərin peyvənd olunmasının zəruri olduğunu vurğulanıb. 
 
Səhiyyə Nazirliyinin son statistikasına görə, hazırda Azərbaycanda 284 nəfər qızılcaya yoluxub. 
 
Nazirliyin qızılca ilə bağlı açıqladığı statistikadan sonra ölkədə bir tələbənin və 10 yaxın uşağın qızılcadan ölüm faktı təsdiqlənib. 
 
Noyabrın 30-da ÜST-ün Azərbaycan nümayəndəliyi əhalini penvənd olunmağa çağırıb. 
 
2023-cü ilin on iki ayında Avropa və Mərkəzi Asiyada 30,601 nəfər qızılcaya yoluxub.  

Ümümdünya Səhiyyə Təşkilatının son statistikasında 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.

Gülnar Nazimqızı




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol