• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir
14.09.2024 19:30
Azərbaycanda ilk dəfə Göygöl rayonunda "Moruq Festivalı” keçirilir.Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, 14-15 sentyabr 2024-cü il tarixlərində Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək festivalın tərəfdaşları nazirliyə məxsus Aqrar İnnovasiya Mərkəzi, "Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi, eləcə də Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, digər dövlət və özəl qurumlardır.

Festivalın məqsədi bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygöl rayonunun unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir.

Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Prezident İlham Əliyev aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan edib. Aqrar sahənin ölkə iqtisadiyyatının əsas strateji və ən çox dövlət dəstəyi göstərilən sahələrdən biri olduğunu deyən icra başçısı qeyd edib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəştlər və yardımlar aqrar sahənin dinamik inkişafını təmin edir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə öz növbəsində aqrar sahədə keçirilən festival və sərgilərin əhəmiyyətinə toxunub. Meyvə və giləmeyvələrin ixracda xüsusi yer tutduğunu diqqətə çatdıran Anar Cəfərov əlavə edib ki, Nazirlik fermerlərin istehsal etdikləri məhsullarının birbaşa satışının təşkil olunması və fəaliyyətinin genişləndirməsi üçün mütəmadi festival və sərgilərin keçirilməsini dəstəkləyir.

3 ha ərazidə təşkil olunan festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılıb, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq sortlarının dequstasiyası və satışı təşkil edilib. Festivala gələn ziyarətçilər 100-ə yaxın fermer və sənətkarın istehsal etdiyi məhsullar və xalq tətbiqi sənətkarlıq nümunələri ilə tanış olub, bəyəndikləri məhsulları ən sərfəli qiymətə almaq imkanı qazanıblar. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramlar nümayiş olunub.

Həftəsonu hər gün 10:00-21:00 aralığında baş tutacaq festivalın ərazisi məkan olaraq müxtəlif interaktiv zonalara bölünüb. Ziyarətçilər kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkasına, moruq təsərrüfatı guşəsinə baş çəkib, müxtəlif dequstasiya tədbirlərində iştirak edib, ustad dərslərini, o cümlədən moruqla rəsm çəkməyə dair ustad dərsini izləyiblər. Ziyarətçilər eyni zamanda açıq havada konsert proqramını, idmançıların nümunəvi çıxışlarını izləmək imkanı qazanıblar. Ərazidə xüsusi kampinq zonası da təşkil olunub.

"Moruq Festivalı” məhsul bayramı xarakteri daşımaqla yanaşı, moruq istehsalçılarına yeni işgüzar əlaqələr qurmağa, məhsullarını geniş auditoriyaya tanıtmağa imkan verir.

İki gün davam edəcək festivalı hər gün ən azı 5 min insanın ziyarət edəcəyi gözlənilir.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol