• $
  • €
  • ₽
  • ₺
  • £

Rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması Azercell-in bütün ofislərində təmin edilib

Rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması Azercell-in bütün ofislərində təmin edilib
17.09.2024 09:39
Abunəçilər artıq Azercell-in Eksklüziv ofisləri ilə yanaşı, diler ofislərində də rəqəmsal şəxsiyyət vəsiqəsilə rahat və operativ xidmətdən yararlana bilərlər

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsini təqdim etməyi hədəfləyən "Azercell Telekom” MMC artıq bütün satış və xidmət mərkəzlərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınmasını təmin edib. 16 sentyabr 2024-cü il tarixindən etibarən müştərilər Azercell Eksklüziv ofisləri ilə yanaşı, diler mağazalarında da rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istənilən əməliyyatı həyata keçirə bilərlər. Bunun üçün "mygov” tətbiqində şəxsiyyət vəsiqəsinə aid QR kodu və ya 8 simvollu unikal kodu təqdim etmək kifayətdir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq əsasında həyata keçirilən bu layihə ilə Azercell abunəçilərinə daha çevik və rahat xidmət göstərməklə yanaşı, məlumat təhlükəsizliyini də yüksək səviyyədə təmin edir.

Xatırladaq ki, sözügedən dəyişikliklər Azercell Eksklüziv ofislərində 02.09.2024 tarixindən etibarən əlçatan olub. Bu yenilik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 16 iyul tarixli Fərmanı əsasında icra edilir.
 
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol