• $
  • €
  • ₽
  • ₺
  • £

ABB COP29-un əsas bank tərəfdaşıdır!

ABB COP29-un əsas bank tərəfdaşıdır!
29.10.2024 15:22
Regionun ən böyük maliyyə qurumlarından olan ABB bu ilin 11-22 noyabrında ölkəmizdə keçiriləcək COP29 tədbirinin əsas bank tərəfdaşıdır. ABB tədbirdə öz pavilyonu ilə iştirak edəcək. COP29 müddətində Bankın pavilyonunda müxtəlif təqdimatlar, görüşlər təşkil olunacaq. 

Ziyarətçilərə ABB-nin dayanıqlı inkişaf hədəfləri, ölkəmizin yaşıl artımının sürətləndirilməsində maliyyə qurumlarının rolu, yaşıl investisiya, ticarətin dayanıqlı şəkildə maliyyələşdirilməsi, bərpa olunan enerjinin artırılmasına bankların dəstəyi, İnternet Bankçılıq, kiçik sahibkarlığın inkişafı üçün ABB Biz tətbiqinin yaratdığı imkanlar, "Tezödə” platforması haqqında ətraflı məlumat veriləcək. 

Dayanıqlı gələcək üçün bankçılığın rəqəmsallaşdırılması və yaşıl texnologiyaların tətbiqi, Azərbaycanda və regionda dayanıqlı maliyyə, iqlim dəyişikliklərinə qarşı mübarizədə yaşıl fintech və iqlim texnologiyalarının rolu, karbon izi kalkulyatoru, uşaqlar və dayanıqlı inkişaf, gənc nəslin innovasiyalar ruhunda yetişdirilməsi, qadın liderliyi və s. bu kimi mövzularda da maraqlı təqdimatlar, müzakirələr olacaq. 

Tədbir çərçivəsində startap sessiyaları da təşkil ediləcək, ABB İnnovasiya Mərkəzində inkubasiya mərhələsini uğurla keçmiş bir neçə startap investorlara təqdim olunacaq. 

COP29 zamanı ABB-nin bir neçə beynəlxalq tərəfdaşı ilə yeni razılaşma sənədlərinin imzalanması da nəzərdə tutulur. 

14 noyabr COP29-da "Maliyyə, İnvestisiya və Ticarət Günü”, 16 noyabr isə "Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günü”dür. ABB hər iki tematik gündə də xüsusi tədbirlərlə fəal iştirak edəcək. 

Qeyd edək ki, COP (Conference of the Parties) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransıdır. Tədbir hər il keçirilir. COP-a sədrlik BMT-nin beş regionu arasında mütəmadi dəyişir.

COP iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli qlobal tədbirlərdəndir. Bu tədbirlərin təşkilində əsas məqsəd qlobal istiləşməni məhdudlaşdırmaq, karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün müzakirələr aparıb beynəlxalq razılaşmalar əldə etməkdir. COP tədbirləri ölkələrə iqlimlə bağlı öhdəliklər və fəaliyyət planlarını yeniləmək üçün bir platforma təqdim edir.

COP29 müddətində ABB-nin pavilyonunda keçiriləcək tədbirlərin proqramı ilə buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol