• $
  • £

Büdcə zərfi Milli Məclisin plenar iclasında müzakirə ediləcək

Büdcə zərfi Milli Məclisin plenar iclasında müzakirə ediləcək
21.11.2024 17:23
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri noyabrın 25-dən etibarən Milli Məclisin plenar iclaslarında müzakirə ediləcək.

Büdcə zərfinə daxil olan qanun layihələri 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyinə daxil edilib.


Onlar aşağıdakılardır:


1. "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


2. "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


3. "İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


4. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


5. "Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


7. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


8. "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


9. "Sosial sığorta haqqında”, "Tibbi sığorta haqqında” və "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


10. "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


11. Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.


12. Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibbi-meteoroloji proqnoz açıqlandı
Cəmiyyət 18:11
Tibbi-meteoroloji proqnoz açıqlandı
Şirvan kanalından kişi meyiti tapıldı
Cəmiyyət 17:27
Şirvan kanalından kişi meyiti tapıldı
Cəlilabadın 12 kəndində qaz olmayacaq
Cəmiyyət 16:13
Cəlilabadın 12 kəndində qaz olmayacaq
Goranboyda qəza: Bir ton yanacaq yola tökülüb
Cəmiyyət 15:25
Goranboyda qəza: Bir ton yanacaq yola tökülüb
Ucarda yol qəzası olub, xəsarət alanlar var
Cəmiyyət 14:48
Ucarda yol qəzası olub, xəsarət alanlar var
Çimərliyə getmək istəyənlərin nəzərinə
Cəmiyyət 14:08
Çimərliyə getmək istəyənlərin nəzərinə
Bakıda külək əsəcək, rayonlarda leysan yağacaq - Proqnoz
Cəmiyyət 13:32
Bakıda külək əsəcək, rayonlarda leysan yağacaq - Proqnoz
Abbasəli Novruzov vəfat etdi
Cəmiyyət 12:27
Abbasəli Novruzov vəfat etdi
İki ölkə Hörmüzlə bağlı razılığa gəldi
Cəmiyyət 12:06
İki ölkə Hörmüzlə bağlı razılığa gəldi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol