• $
  • €
  • ₽
  • ₺
  • £

Baş İdarə əməliyyat keçirib, 40 kiloqram narkotik vasitə aşkarlanıb

Baş İdarə əməliyyat keçirib, 40 kiloqram narkotik vasitə aşkarlanıb
28.11.2024 11:48
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə paytaxt və bölgələrdə əməliyyat tədbirləri davam etdirilir. Bu barədə  nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin daha bir neçə üzvü - əvvəllər məhkum olunmuşlar 45 yaşlı Bəxtiyar Fətullayev, 32 yaşlı Kənan Məmmədov, həmçinin 35 yaşlı Rövşən Cəfərov və 44 yaşlı Nazim Qələndərov saxlanılıblar.


Onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən ümumilikdə 40 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, metamfetamin və 400 ədəd metadon həbi aşkarlanıb.


Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Masallı və Siyəzən rayonları, eləcə də paytaxt ərazisində müxtəlif ünvanlardan əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.


Saxlanılanların hər biri Azərbaycanda narkotik vasitələrin əsas tədarükçülərindən olublar.


Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol