ANAMA Xocalıya köçən sakinlərə təlim keçib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri Xocalı rayonunun Ballıca kəndinə köçən sakinlər üçün Partlayıcı Sursat Riskinin Maarifləndirilməsi mövzusunda təlim keçib.Bu barədə ANAMA-nın "X" hesabında məlumat paylaşılıb.
Təlimin məqsədi sakinlərə təhlükəsizlik qaydaları barədə məlumat vermək, onları şübhəli ərazilərin əlamətləri haqqında maarifləndirməkdir.
Bundan başqa, sakinlərə təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, şübhəli əşyalara toxunmamağa çağırışlar edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























