Lənkəranda qadın dəm qazından boğularaq ölüb

Lənkəranda qadın dəm qazından boğularaq ölüb.
"Report”un məlumatına görə, hadisə rayonunun Səpnəkəran kəndində baş verib.
Kənd sakini, 1983-cü il təvəllüdlü Xanım Səfər qızı Səfərova hamam otağını qızdırmaq üçün kömürdən istifadə edib. Nəticədə dəm qazından boğulub.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























